No Image
No Image

Əhalinin maaş gəliri azalıb, pensiya gəliri artıb

Əhalinin maaş gəliri azalıb, pensiya gəliri artıb
2021-ci ilin birinci rübündə ev təsərrüfatlarının muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlər ötən ilin eyni dövrünə nisbətən 3,3 faiz azalıb. Ötən ilin ilk 3 ayında adambaşına düşən əmək haqqı gəlirləri 111 manat olduğu halda bu ilin 3 ayında 107 manata qədər azalıb.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əmək haqlarında azalma həm şəhər yerlərində, həm də kənd yerlərində müşahidə edilib. Şəhərdə adambaşına düşən əmək haqqı gəliri 140 manatdan 136 manata, kənd yerlərində 78 manatdan 75 manata düşüb.
 
Əmək haqqı gəlirlərinin azalmasına baxmayaraq əhalinin gəlirində əmək haqqı gəliri hələ də ən yüksək paya sahibdir. Ümumi gəlirlərin 35 faizi əmək haqqı gəlirlərindən ibarətdir.
 
Bu il əhalinin muzdlu işlə əlaqədar gəliri azalsa da pensiya və müavinətlərdən daxil olan gəliri artıb. Adambaşına düşən pensiya gəlirləri 7,7 faiz artaraq 48,2 manatdan 52 manata, müavinət və sosial yardımlardan gəlirlər 4 faiz artaraq 8,7 manatdan 9,06 manata yüksəlib.
 
Vasif
 
 
  
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İndiyədək 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azə...

Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət

"İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Göm...

TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərin, bu yolda canını fəda edən şəhidlərimizin ailələri daim diqq...

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra  fəaliyyətinə ABB brend kimliyi ilə davam...

Gözdə Dizdar: ASEAN-la əməkdaşlığı genişlətməyi tövsiyə etdi: "2030-cu ildə ümumi ÜDM-i 6 trilyon dolları keçəcək"

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAP) Prezident müşaviri, Asiya Pasifik Beynəlxalq Mərkəzi Demokratların sədr müavini (CAPDİ) ...

"Sürətli qatarın önündə durmaqdansa, ona minmək lazımdır" - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib. Sfera.az xəbər verir ki, bu bar...