Əhalinin bu xərcləri ARTIB

Əhalinin bu xərcləri ARTIB
Azərbaycanda uzun fasilədən sonra bu ilin yanvar-aprel aylarında ilk dəfə olaraq pərakəndə ticarətdə artım qeydə alınıb. İllik müqayisədə pərakəndə ticarət 0,1 faiz artıb. 

Sfera.az xatırladır ki, pərakəndə ticarət 2020-ci ildə 1,3 faiz, 2021-ci ilin birinci rübündə 1,1 faiz azalmışdı. 

Rəsmi məlumatların təhlili göstərir ki, ilk 4 ayın yekununda pərakəndə ticarətin böyüməsi geyim və avtomobil yanacağına çəkilən xərclərin artması ilə bağlıdır. 

2020-ci ildə toxuculuq məhsulları və geyimə çəkilən xərclər 9 faiz azaldığı halda, bu ilin ilk 4 ayında 0,3 faiz artıb. Eynilə avtomobil benzini və dizel yanacağına çəkilən xərclər ötən il 12,5 faiz azalma ilə müqayisədə bu ilin yanvar-aprelində 0,2 faiz artım göstərib.

Digər əksər qeyri-ərzaq xərclərində azalma qeydə alınıb. Ancaq adları çəkilən istiqamətlər üzrə xərclərin artması qeyri-ərzaq xərclərindəki azalmanı xeyli kiçildib. Belə ki, 2020-ci ildə qeyri-ərzaq xərcləri 6,1 faiz azaldığı halda, bu ilin ilk 4 ayında azalma 2,3 faiz təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-aprelində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...