Əhalinin adambaşına düşən aylıq gəliri 288 manatdır

Əhalinin adambaşına düşən aylıq gəliri 288 manatdır
Bu ilin birinci yarısının nəticələrinə əsasən ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlir 0,2 faiz azalaraq 287,6 manat olub. 

Sfera.az bildirir ki, əksər mənbələr üzrə əhalinin gəlirlərində azalma var. Əhalinin əsas gəlir mənbələri olan əməkhaqqı, özünüməşğulluqdan əldə edilən gəlirlər azalıb. Yalnız pensiyalar üzrə gəlirlərdə artım var. 

Rəsmi məlumatlara əsasən, əhalinin 287,6 manatlıq gəlirinin 99,2 manatı özünüməşğulluqdan, 97 manatı əməkhaqlarından, 52 manatı pensiyalardan, 23,6 manatı ölkə daxilində digər ailələrdən alınan vəsaitlərdən, 9,2 manatı müavinət və sosial yardımlardan, 6,45 manatı ölkə xaricindən alınan vəsaitlərdən, 1,22 manatı mülkiyyətdən əldə edilib. 

Bu ilin birinci yarısında ev təsərrüfatlarının adambaşına düşən aylıq xərcləri isə 302,4 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xərclərdə dəyişiklik olmayıb. 

Əhalinin xərclərinin 134,8 manatı ərzaq məhsullarının, 25,3 manatı su, işıq, qaz və digər yanacaq növlərinin, 24,7 manatı ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğu xidmətlərinin, 19,65 manatı nəqliyyat xidmətlərinin, 18,4 manatı paltar və ayaqqabıların, 15,9 manatı səhiyyə xidmətlərinin alınmasına sərf edilib. Bunlardan başqa əhali adambaşına mehmanxana, kafe və restoran xidmətlərinə 16,9 manat, istirahət və mədəniyyət xidmətlərinə 10 manat, rabitə xidmətlərinə 10 manat, tütün məmulatlarının alınmasına 5,3 manat, təhsilə 4,8 manat, alkoqollu içkilərə 1,9 manat xərcləyib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...