No Image
No Image

Əhalinin 50 faizi peyvənd olarsa... - Həkim

Əhalinin 50 faizi peyvənd olarsa... - Həkim
COVİD-19 virusuna qarşı vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra ölkə üzrə epidemik səviyyədə pik həddə yoluxma sayı ola bilməz. Sadəcə, endemik, yəni bölgələrdə yerli artımlar müşahidə edilə bilər.

Sfera.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 70 faizi vaksin olunmalıdır ki, mövcud epidemik vəziyyət sona çatsın:

"Bu rəqəmə hər zaman nail olmaq mümkün olmur. Amma minimal hədəf 50 faizi keçməkdir. Vaksinasiya prosesi tam başa çatana qədər biz ehtiyatı əldən verməməliyik. Əfsuslar olsun ki, virus 1-2 gündə çoxalaraq yoluxma sayında pik həddə çata bilər. Bunu nəzarət altına almaq zaman alır. Buna nəzarətin 1-2 gün ərzində təmin edilməsi mümkün deyil. Nəzərə alaq ki, bir saniyədə 5 xəstə virusa yoluxa bilər, amma 5 xəstənin müalicəsi 14-20 gün davam edə bilər. Şükür ki, hələ iki gün ərzində rəqəmlər iki dəfə qalxmır. Bu temp hələ müşahidə edilmir. Əldə olunan bu nəticəni saxlamaq üçün hər kəs son dərəcə məsuliyyətli olmalıdır".
 
(Trend)


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronanın qarşısını alan 3 ucuz vasitə

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var. Sfera.az bildirir ki, b...

“Valerian" apteklərdən niyə yığışdırılıb?

Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb.  Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək...

Peyvənd olunanların sayı açıqlandı

  Azərbaycanda bu gün 100 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Son sutkada yoluxanların sayı açıqlandı - 29 ölüm qeydə alındı

  Azərbaycanda bu gün koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az...

Həkim pandemiya dövründə artan xəstəliklərə qarşı ən effektli müalicə üsülundan danışdı - VİDEO

"Pandemiya və ardınca baş verən böyük Vətən müharibəsindən sonra insanlarda bir çox nevroloji xəstəliklər, əsasən də panik atak inkişafı müşahidə edilir. ...

COVİD-19-a yoluxanlara bu da QADAĞAN EDİLİR

COVİD-19 xəstələri ilə bağlı daha bir qadağa müəyyən edilib.   Sfera.az xəbər verir ki, araşdırmalara görə, test cavabı pozitiv çıxan şəxslər isti duş və...