Əhali qeyri-ərzaq xərclərini azaldıb – RƏQƏMLƏR

Əhali qeyri-ərzaq xərclərini azaldıb – RƏQƏMLƏR
2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyri-ərzaq xərcləri cəmi xərclərin 45,26 faizini təşkil edib. 

2020-ci ildə olduğu kimi 2021-ci ildə də qeyri-ərzaq xərclərində azalma davam edir. Birinci rübün yekunlarına əsasən qeyri-ərzaq malları üzrə pərakəndə ticarət 4,7 faiz azalıb. 

Əhalinin daha çox pul xərclədiyi qeyri-ərzaq məhsulu toxuculuq malları, geyim və ayaqqabılardır. Bu mal qrupu üzrə xərclər cəmi qeyri-ərzaq xərclərinin 36,27 faizini təşkil edir. 2021-ci ilin birinci rübündə qeyd edilən xərc qrupu üzrə 0,9 faiz azalma baş verib. Avtomobil benzini və dizel yanacağı üzrə xərclər 9,2 faiz azalaraq 514,1 milyon manata, elektrik malları və mebellər üzrə xərclər 10,6 faiz azalaraq 477,8 milyon manata düşüb. Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə xərclər 2,4 faiz artaraq 65,4 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə xərclər 45,5 faiz artaraq 216,1 milyon manat olub. 

Digər qeyri-ərzaq xərcləri üzrə 10 faiz azalma qeydə alınıb.
 
2021-ci ilin birinci rübündə bir ölkə sakini hər ay orta hesabla 145,2 manatlıq qeyri-ərzaq malı alıb ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 2,5 manat azdır. Ötən ilin birinci rübündə insanlar ay ərzində adambaşına 147,3 manatlıq qeyri-ərzaq malı almışdı.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...