Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir
15:47 / 22.09.2021
622
Əhali tərəfindən plastik kartlarla (vaxtı keçmiş kreditlər nəzərə alınmadan) götürülən kreditlərin həcmi sürətlə artır.
Sfera.az bildirir ki, bu ilin avqustun sonunda ödəniş kartları ilə verilən kreditlərin həcmi 662 milyon manatı ötüb. Bu məbləğ iyulda qeydə alınan məbləğdən 3,3 faiz, ötən ilin sonunda qeydə alınan məbləğdən isə 17,5 faiz çoxdur.
Plastik kartlarla kredit qoyuluşunun artması nəticəsində onun cəmi kreditlərdə payı yüksəlib.
Mərkəzi Bankın məlumatına görə sentyabrın 1-nə kimi ev təsərrüfatlarının banklara olan kredit borcu 7,435 milyard manatdır. Bunun 8,9 faizi plastik kartlarla alınan borcdur. 2017-ci ildə plastik kartlarla alınan kreditin cəmi kreditlərdə payı 5,74 faiz təşkil edirdi.
Son məlumata əsasən, ödəniş kartları ilə alınan kreditlərin 651 milyon manatı milli valyutada, 11 milyon manatı xarici valyutada olub.
Plastik kartlarla verilən kreditlərin hamısı qısamüddətli, yəni 1 ilə qədərdir.
Vasif
Sfera.az