Əhali kredit kartından sürətlə imtina edir

Əhali kredit kartından sürətlə imtina edir

016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

Sfera.az marja.az-a istinadən xəbər verir ki, ilin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin iyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.

Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib.

2015-ci ilin yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kreditkartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Qeyd edək ki, kredit şərtləri sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə kredit kartı satmırlar.

 


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...