Əhali hər yüz manatın 8,4 manatını kommunal xidmətlərə xərcləyir

Əhali hər yüz manatın 8,4 manatını kommunal xidmətlərə xərcləyir
Son illərdə su, işıq, qaz və digər yanacaq növlərinin bahalaşması əhalinin bu istiqamətdə olan xərclərinin artmasına səbəb olub. 

Sfera.az Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının xərcləri ilə bağlı apardığı araşdırmalara istinadən bildirir ki, 2014-cü ildən bəri bu istiqamətdə olan xərclər ayda adambaşına 8 manat və ya 46,5 faiz artıb. 

2014-cü ildə ev təsərrüfatları ayda adambaşına kommunal xidmətlərdən və yanacaqdan istifadəyə görə 17,3 manat xərcləmişdi. Xərclər 2015-ci ildə 18,2 manata, 2019-cu ildə 22,6 manata, 2020-ci ildə 23,5 manata yüksəlib. 2021-ci ilin birinci yarısında isə kommunal və yanacaq xərcləri bir qədər də artaraq 25,2 manata çatıb. 

Müqayisə göstərir ki, əhalinin ümumi xərcləri ilə müqayisədə kommunal və yanacaq xərcləri daha böyük sürətlə artır. Buna görə də ümumi xərclərdə kommunal və yanacaq xərclərinin payı bir qədər böyüyüb. 

2014-cü ildə adambaşına düşən xərc orta hesabla 235 manat idi və aylıq xərclərin 7,36 faizi kommunal və yanacaq xərclərindən ibarət olmuşdu. 2015-ci ildə bu nisbət 7,4 faizə, 2019-cu ildə 7,56 faizə, 2020-ci ildə 7,87 faizə yüksəldi. 2021-ci ilin birinci yarısında isə nisbət 8,37 faizə çatıb. 

Buradan görünür ki, ev təsərrüfatlarında bir ayda xərclənən hər 100 manatın 8,37 manatı kommunal xidmətlərin və yanacağın alınmasına sərf edilib. 

Qeyd edək ki, əhali xidmətlər və qeyri-ərzaq malları arasında ən çox pulu məhz kommunal xidmətlərin və yanacağın alınması üçün xərcləyib. Amma 2014-cü ildə ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa, həmçinin mehmanxana, kafe, restoran və yeməkxanaya çəkilən xərclər daha yüksək idi. 

Dinamika göstərir ki, gələcəkdə ev təsərrüfatlarının su, işıq, qaz və digər yanacaq növlərinin alışına ayıracağı vəsait daha da artacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...