\"Əgər bir adam iki gündən artıq...\" - Psixoloqdan “bu şəxslər intihar edə bilər” açıqlaması
12:13 / 27.01.2021
1594
Son həftə ərzində ard-arda bir neçə intihar hadisəsinə
şahidlik etdik. Artan intihar halları cəmiyyətdə narahatlıq yaradır, xüsusilə də
gənclərin canına qıyması problemə daha ayıq və həssas yanaşmamızı şərtləndirir.
İntihar faktları niyə artır? İnsanları özünü öldürməyə
vadar edən sosial-iqtisadi və psixoloji səbəblər nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova
intihar hallarının artmasını bir neçə səbəblə əlaqələndirib:
"Baxdığımız, filmlər və ətraf mühit intihara sürükləyən
əsas amillərdəndir"
Psixoloqun fikrincə, insanların bəzi obrazlara bənzəmək
istəyi yaxşı sonluqla nəticələnməyə də bilir:
"Bəzən insanların bir-birini qavramasında
sosial stereotiplərin heç də az rolu olmur. Çünki steorotiplər şəxsi təcrübənin
ümumiləşdirməsi əsasında formalaşır. Yəni, bəzi insanlar baxdığı filmlərdə,
oxuduğu kitablarda gördüyü obrazları dərhal özündə yaratmağa çalışırlar".
Özünü sübut etmək istəyi, ölümündən sonra "tanınmaq"...
"Son günlər baş verən intiharlar şəxsi həyatda
sözünü deyə bilməyib, özündən sonra onun haqqqında danışılmaq istəyindən də irəli
gələ bilər. Təəssüf ki, intihara cəhd edib, lakin sağ qalan insanlarla söhbətdə
bu halların dəfələrlə şahidi oluruq. Yəni, vaxtında etirazını, kədərini və ya
digər hisslərini bildirməyi bacarmayaraq, özünə qapanan şəxslər sonda intihar
vasitəsilə müəyyən iz qoymaq istəyirlər".
İki günədək özünə qapanmanın sonu depressiya və ölümdür,
psixoloqa müraciət edin...
Sfera.az
Əzizə Zeynal