Əfvə kimlər düşəcək? - Hüquq müdafiəçisi elə adlar açıqladı ki…

Əfvə kimlər düşəcək? - Hüquq müdafiəçisi elə adlar açıqladı ki…


"İstərdik ki, Əfqan Muxtarlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və adlarını çəkmədiyim digərləri də əfv edilsin”


Sfera.az-a açıqlamasında bu sözləri Novruz bayramı münasibətilə gözlənilən əfv fərmanına tanınmış şəxslərdən kimlərin düşə biləcəyilə bağlı sualımızı cavablandırarkən Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Nobella Cəfəroğlu deyib:

 

"Novruz bayramı münasibətilə əfv olunacağını gözləyirik. Bu dəfə siyasi məhbus hesab edilən çox insanın əfvə düşəcəyini gözləyirik. Yəqin ki, əfv fərmanı martın 17-də olacaq. Ancaq konkret kimlərin siyahıya düşəcəyi barədə ad deyə bilmərik. Biz siyahını vermişik. Bu siyahıda 55 nəfərin əfv edilməsi xahişi var. Prezident kimi istəsə onlar da əfvə düşəcək. Düşünürəm ki, əfv fərmanı həbs edilən jurnalistlər, blogerlərə də şamil edilsə, daha yaxşı olar. İstərdik ki, Əfqan Muxtarlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və adlarını çəkmədiyim digərləri də əfv edilsinlər. Siyahımızda olan 55 nəfərin hamısı sırf siyasi məhbuslardır. Ümidimiz böyükdür. Amma görək nə olacaq”.

 

Qeyd edək ki, Novruz bayramı münasibətilə prezident tərəfindən növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri bu dəfəki əfv fərmanının vicdan məhbusları kimi tanınan daha çox sayda şəxsə şamil ediləcəyi qənaətindədir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...