Əfqanıstanda \"Taliban\"ın üç lideri məhv edildi
10:15 / 03.08.2019
1831
Əfqanıstanda hava hücumu nəticəsində "Taliban" hərəkatının üç lideri məhv edilib.
Bu barədə ölkə Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Məlumata əsasən, hava hücumu avqustun 2-də saat 20:10-da Fərah vilayətində həyata keçirilib.
Nəticədə Fərah vilayətinin "kölgə qubernatoru" Molla Əbdül Bari və qərb vilayətlərində silahlıların fəaliyyətinin əlaqələndirilməsi üçün cavabdeh olan "Taliban"ın iki komandiri məhv edilib.(Trend)