Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb
16:15 / 14.12.2019
4369
Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup "Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9 hərbçi həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin "Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Eyni zamanda "ToloNews” mənbəyə istinadən iddia edib ki, Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar.
"Taliban" hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.