Əfqanıstanda seçki məntəqəsində partlayış olub, 15 nəfər yaralanıb

Əfqanıstanda seçki məntəqəsində partlayış olub, 15 nəfər yaralanıb

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində seçki məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində on beş nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, partlayış Qəndəharda seçki məntəqəsinin xaricində baş verib. Yaralıların hamısı kişidir, onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu gün Əfqanıstanda Prezident seçkiləri keçirilir. 


OXŞAR XƏBƏRLƏR