Əfqanıstanda qadınlar nümayiş keçirdi – Tələblər irəli sürdülər

Əfqanıstanda qadınlar nümayiş keçirdi – Tələblər irəli sürdülər
Əfqanıstanın Herat şəhərində onlarla qadın hüquqlarını qorumaq üçün nümayiş keçirib. 
 
Sfera.az xəbər verir ki, qadınlar Əfqanıstanda qurulacaq yeni hökumətdən onların hüquqlarına hörmət etmələri tələbi ilə çıxış ediblər. Onlar "Qadını dəstəkləməyən heç bir dövlət daimi deyil", "Tələblərimiz təhsil və bütün sahələrdə işləmək haqqıdır" şüarlarını səsləndiriblər. 

"Taliban”ın mətbuat katibi Zabihullah Mücahid "New York Times” qəzetinə verdiyi açıqlamada qadın hüquqları ilə bağlı məsələyə də toxunub. 

Zabihullah Mücahid üç gün və ya daha çox davam edəcək səfərlərdə qadınlara kişilərin də yoldaşlıq etməsinin vacib olduğunu söyləyib. O bildirib ki, qadınlar məktəbə, iş yerinə və ya xəstəxanaya tək gedə bilərlər. Qadınların iş həyatına qayıtmalarına icazə verəcəklərini qeyd edən "Taliban” sözçüsü bunun üçün onların başlarını örtmələrinin vacibliyini diqqətə çatdırıb.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...