Əfqanıstanda partlayış törədilib, 22 nəfər ölüb

Əfqanıstanda partlayış törədilib, 22 nəfər ölüb
 

Bu gün ərzində Əfqanıstanın paytaxtı Kabildə növbəti partlayış törədilib.

Sfera.az bildirir ki, terror aktı zamanı ən azı 22 nəfər ölüb, 38 nəfər yaralanıb.

Partlayış Məsud meydanının yaxınlığında baş verib.

 

Qeyd edək ki, bu gün Əfqanıstanın Parvan vilayətində prezident Əşrəf Qəninin seçki mitinqində partlayış törədilib. Partlayışa görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb. Partlayış nəticəsində Ə. Qəni xəsarət almasa da, 26 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Xatırladaq ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.

OXŞAR XƏBƏRLƏR