Əfqanıstanda nazirin evinə basqın zamanı 8 nəfər öldü
11:07 / 04.08.2021
773
Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə silahlı basqın edilməsi nəticəsində 8 nəfər həlak olub.
Sfera.az xəbər verir ki, paytaxt Kabulda həyata keçirilən silahlı hücum zamanı daha 20 nəfər xəsarət alıb.
Məlumata əsasən, nazirin evinə basqın edilərkən evin yaxınlığında maşın partladılıb, daha sonra isə bir neçə silahlı şəxs evə basqın edib. Hücum 5 saat ərzində davam edib və 5 silahlı döyüşçü zərərsizləşdirilib.