Əfqanıstanda hücum nəticəsində azı beş nəfər həlak oldu
18:47 / 23.10.2021
1255
Əfqanıstanın Nəngərhar vilayətinin Cəlalabad şəhərində naməlum şəxslərin hücumu nəticəsində ən azı beş nəfər ölüb.
Sfera.az-ın verdiyi xəbərə görə, şəhərin səkkizinci rayonunda avtomobilin yol kənarındakı minaya düşməsi nəticəsində bir uşaq ölüb, üç nəfər yaralanıb.
"Tolo News" kanalı isə Cəlalabad şəhərində naməlum şəxsin hücumu nəticəsində iki "Taliban” üzvünün həlak olduğunu, avtomobil partlaması nəticəsində isə iki nəfərin xəsarət aldığını deyib.