Əfqan qadınlarının diplomları dünyada tanınacaq – “Taliban”dan yeni vəd

Əfqan qadınlarının diplomları dünyada tanınacaq – “Taliban”dan yeni vəd
"Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Onlar kişilərlə eyni proqramla təhsil alacaqlar”.

Sfera.az xəbər verir ki, bunu "Taliban”nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid jurnalistlərə açıqlamasında deyib.

Rəsmi nümayəndəyə görə, əfqan qadınlar artıq öz iş yerlərinə qayıtrmağa başlayıb:

"Qadınlar kişilərlə eyni fənnləri - riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar. Onların təhsili üçün yeni şərtlər hazırlayırıq. Bundan sonra cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq. Bu isə bizim vacib proritetimizdir. İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib”.
 
Qaynarinfo.az



 

OXŞAR XƏBƏRLƏR