Əfqan mühacirlərin Avropaya girişinə qadağa qoyulur - Razılaşma əldə olundu
14:35 / 06.09.2021
1118
Avstriya və Serbiya liderləri əfqan qaçqınların Avropaya girməsinin qarşısını almaq barədə razılığa gəlib.
Sfera.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradı ziyarət edən Avstriya kansleri Sebastian Kurz, Serbiya prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Birgə mətbuat konfransında Avstriya kansleri, Avropa Birliyi əvəzinə Əfqanıstanın qonşularının əfqan mühacirləri qəbul etməli olduqlarını bildirib.
Ölkəsində ciddi qaçqın siyasətinə imza atan sağçı lider, Əfqanıstanın qonşuları ilə mühacirlər mövzusunda danışıqlar aparılmalı olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Avstriya lideri ölkəsinin Əfqanıstandan heç bir mühaciri qəbul etməyəcəyini açıqlayıb. Bunun səbəbinin 2015-ci ildən bu yana Avropaya gələn immiqrant sayının 1 milyona çatdığını və bunun "ölçüyəgəlməz" bir artım olduğunu bildirib.
Əzizə Zeynal
Sfera.az