Əflatun Amaşov jurnalistlərə dəstək olur ya etiraz edir? - GÜNÜN LƏTİFƏSİ
22:38 / 24.07.2021
1714
Xəbər verdiyimiz kimi bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Sfera.az xəbər verir ki, media eksperti Rizvan Qənbərli öz Facebook hesabında prezidentə edilən müraciətər sırasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun imzasının olduğunu qeyd edib. Halbu ki, bu məsələdə etiraz edənlərdən biri də Əflatun Amaşov olub.
Qeyd edək ki, bir müddət əvvəl Mətbuat Şurasının sədri jurnalistlər üçün tikilən 3-cü binanın onlara verilməməsi təşəbbüsü ilə çıxış edən deputat Etibar Əliyevin fikirlərinə etiraz edərək bildirmişdi ki, jurnalistlər üçün inşa edilmiş həm birinci, həm ikinci binadan mənzil sahibinə çevrilənlər sırasında dövlətə və cəmiyyətə xeyir baxımından E.Əliyevdən daha üstün simalar var:
"Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil".
Sfera.az
Gülər