“ƏDV geri al” kampaniyasında hansı yeniliklər gözlənilir? - Açıqlama

“ƏDV geri al” kampaniyasında hansı yeniliklər gözlənilir? - Açıqlama
"ƏDV geri al” kampaniyasından nəğd ödənişləri çıxarıb, nəğdsiz ödənişlərə 25 faizlik qayıdışı tətbiq etməklə vətəndaşların kartdan daha çox istifadəsinə nail ola bilərik”.

Bu sözləri Sfera.az-a açıqlamasında "ƏDV geri al” kampaniyasının daha geniş tətbiqi prosesində hansı dəyişikliklərə ehtiyac olduğundan danışarkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Əslində "ƏDV geri al” kampaniyası kifayət qədər populyarlıq qazanıb. Əhali tərəfindən istifadə getdikcə artıq. Proses xüsusən Bakıda geniş yayılıb. Amma burada bir önəmli məsələ var. Nəğd ödənişlərin azalmasına nail olmaq üçün "ƏDV Geri Al” kampaniyasını daha çox nəğdsiz ödənişlərə aid etməliyik.
 
Nəğdsiz dövriyyə iqtisadiyyatın ağarmasında, dövriyyənin dəqiqliyində mühüm rol oynayır. İndilikdə ölkədə nəğdsiz ödənişlərdə ƏDV-nin 15, nəğd ödənişin 10 faizi geri qayıdır. Ona görə də nəğdsiz ödənişlərə 25 faizlik geri qayıdışı tətbiq etməklə tədricən nəğd ödənişlərdən imtina etməliyik. Bu daha doğru olardı. Gələn ildən başlayaraq "ƏDV Geri Al” kampaniyasında nəğd ödənişləri çıxarıb, nəğdsiz ödənişlərə isə 25 faizlik tətbiq etməklə vətəndaşların kartdan daha çox istifadə etmələrinə nail ola bilərik”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...