“ƏDV geri al” faizləri artırılacaq? – “Bu məsələyə baxıla bilər”

“ƏDV geri al” faizləri artırılacaq? – “Bu məsələyə baxıla bilər”
Azərbaycanda bir ildir ki, "ƏDV geri al” qaydası tətbiq edilir. Bu qaydaya əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır. Qaydalara görə, nağdsız ödənişlər üzrə ƏDV-nin 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi həcmində məbləğ istehlakçıya geri ödənilir.
 
ƏDV-nin geri qaytarılması üçün sahibkar ƏDV ödəyicisi olmalı, ticarət və ya iaşə obyektində yeni nəsil nəzarət-kassa aparatları mövcud olmalıdır. İstehlakçı yeni nəsil nəzarət-kassa aparatlarından çıxarılan çekləri toplayaraq, xüsusi proqram təminatı olan bazaya daxil etməklə ƏDV ödənişlərinin bir hissəsini geri ala bilir.
 
Sfera.az bildirir ki, "ƏDV geri al” tətbiqinə maraq artmaqdadır və istehlakçıların əksəriyyəti ödəniş çeklərini toplayır. Lakin hələ də çox sayda istehlakçı kassa çeklərini götürmür və bununla da dövriyyə əməliyyatlarına istehlakçı nəzarəti təmin edilmir. Müşahidələr göstərir ki, bəzi istehlakçının çekləri götürməməsinin səbəbi ƏDV ödənişi üzrə geri qaytarılan faizin onları qane etməməsidir.
 
Bəs, ƏDV üzrə geri ödənilən faizi artırmaqla istehlakçılarda kassa çeklərini toplamağa marağı bir qədər də artırmaq olarmı?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, ƏDV üzrə geri qaytarılan faizlərin artırılması üçün istehlakçı marağı ifadə edilməlidir. Onun fikrincə, belə bir istək olarsa, buna baxıla bilər.
 
 
R.Atakişiyev xatırlatdı ki, "ƏDV geri al” proqramının həyata keçirilməsində məqsəd istehlakçıya pul qazandırmaq deyil. "Bu tədbirin həyata keçirilməsinin əsas məqsədi qeyri-rəsmi işləyən, əməliyyatlarını rəsmiləşdirməyən obyektlərin üzə çıxarılmasıdır”, - deyən ekspert söylədi ki, bu proqramı tətbiq etməklə obyektlərdə kassa aparatlarının və POS-terminalların quraşdırılmasında ciddi irəliləyişə nail olunub.
 
 
Onun müşahidələrinə əsasən, "ƏDV geri al”ın tətbiqi rəqabəti də gücləndirib: "Bəzi istehlakçılar ticarət və ya iaşə obyektini seçən zaman kassa çeklərinin verilib-verilməməsini nəzərə alır. Buna görə də Bakı və Bakı ətrafında çoxlu sayda ticarət və iaşə obyekti müştərini cəlb etmək üçün məcbur qalıb yeni nəsil kassa aparatları və POS-terminallar quraşdırıb. Sahibkar müştərini itirməmək üçün bunu edib. Geri ödənilən faizlərin artırılması ilə bağlı istək əhalidən gəlməlidir. Hazırda faizlər istehlakçıları qane edir”.
 
İqtisadçı-ekspert Rəşad Həsənov isə  Sfera.az saytına açıqlamasında deyib ki,  ƏDV üzrə ödənişlərin geri qaytarılması mexanizmi təkmilləşdirilməlidir.
İstehlakçıların kassa əməliyyatlarına nəzarəti gücləndirmək üçün geri ödənilən faizlər artırılmalıdır. 

R.Həsənovun fikrincə, nağd dövriyyə üçün geriödəmə faizi 25-ə, nağdsız ödəmə üçün 35 faizə çatdırılmalıdır. Onun sözlərinə görə, bu halda insanlar prosesdə daha aktiv iştirak edəcək, rəsmiləşdirilən dövriyyənin həcmi artacaq: "Geriödənişin faizinin artırılması insanların gəlirini artırmaqla bərabər, hökumətə iqtisadi dövriyyə nəzarəti gücləndirmək imkanı verəcək, iqtisadiyyatda leqallaşma vəziyyəti daha da yaxşılaşacaq”.

2021-ci ilin aprelin 1-nə olan məlumata əsasən, 47,111 milyon çek üzrə 60,19 milyon manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Bunun 26,77 milyon manatı 2021-ci ilin birinci rübündə ödənilib.
 
Vasif
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...