Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

"Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

İcra başçısı ilə bağlı daha bir QALMAQAL

 "Tərtərdə atamın adına küçə var. Şəhid adına olan küçələrin abadlaşdırılması üçün sərəncam imzalananda təmir olunası küçələrdən biri də Famil Qulami küçəs...

Nazirlər Kabinetindən pandemiya dövründə mehmanxanaların fəaliyyəti ilə bağlı QƏRAR

 Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilm...

İcra başçısı millət vəkilinə qarşı: analoqsuz skandal

 Deputat Fazil Mustafanın tənqidi icra başçısı Mehdi Səlimzadəni Göyçay İH - ni özündən çıxartdı.   Musavat.com xəbər verir ki, deputat Fazi...

Toylara nə vaxt icazə verilə bilər? - RƏSMİ AÇIQLAMA

  "Azərbaycanda biznes fəallığının tədricən bərpa edilməsi istiqamətində iş aparılır”. "Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Opera...

Xəzər dənizi quruyur- RƏSMİ

 Son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi mənfi 29 metr olmaqla, 1977-ci ildə qeydə alınıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli...

Nağdəliyevlərə məxsus biznes — FOTOLAR

  İki il bundan öncə dövlət başçısı İlham Əliyev Goranboyda olub, "Region Aqro” aqroparkının açılışını edib. Dövlətin böyük maliyyə dəstəyi ilə ərsəyə gəl...