Əcnəbidən narkotik alıb-satan şəxslər saxlanıldı

Əcnəbidən narkotik alıb-satan şəxslər saxlanıldı
Xarici ölkə vətəndaşından onlayn yolla narkotik alıb, satışını həyata keçirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Turqut Fətəlizadə, Fəyaz Hüseynov və Nüsrət Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı T.Fətəlizadənin üzərində daşıdığı sellofan torbaya baxış keçirilərkən 2 kq 515 qr qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin ("patı”) və 79 ədəd metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Fəyaz Hüseynov tanışı Turqut Fətəlizadə ilə telefonla əlaqə saxlayaraq həmin xarici ölkə vətəndaşının Göyçay rayonu Qarayazı kəndi ərazisində narkotik gizlətdiyini bildirib və onu götürüb aralarında bölməyi təklif edib.

Bu məqsədlə Turqut tanışı Nüsrət Məmmədovla birgə Şamaxı rayonuna gəlib və burada Fəyaz Hüseynovla görüşdükdən sonra birgə Göyçay rayonuna gediblər. Narkotiki əvvəlcədən bildikləri yerdən götürüb, öz aralarında bölərkən polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıblar. Onlar saxlanılarkən müqavimət göstərməyə çalışsalar da, polislərin çevikliyi nəticəsində zərərsizləşdirilərək şöbəyə gətiriliblər.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...