Əcnəbi tələbələrlə bağlı yenilik

Əcnəbi tələbələrlə bağlı yenilik

Azərbaycanda təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə vərəqəsi 15 və 20 iş günü ərzində verilə bilər.

Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 1 illik verilməsi və müddətinin uzadılmasına görə 40 manat dövlət rüsumu alınır. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin müddəti uzadıldıqda) üçün isə 80 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün 15 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 60 manat, 2 illik üçün 120 manat manat dövlət rüsumu alınacaq. 20 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 40 manat, 2 illik üçün isə 80 manat manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...