Çeçenistan müftisi müsəlmanların başqa dində olanlarla evliliyini QADAĞAN ETDİ

Çeçenistan müftisi müsəlmanların başqa dində olanlarla evliliyini QADAĞAN ETDİ

Çeçenistan Müftisi Salah-Hacı Mejiev hesab edir ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin dinlərarası evliliyin qəbuledilməzliyi ilə bağlı teoloji nəticəsi İslamda məlum bir həqiqətdir.


Sfera.az xatırladır ki, bundan əvvəl, Müsəlmanların Ruhani İdarəsinin Üləmalar Şurası Rusiya ərazisindəki müsəlmanların "Kitab əhli"nin (xristianlar, yəhudilər) nümayəndələri də daxil olmaqla, dinlərarası nikahları qəbuledilməz adlandırmışdı.

 

Qeyd edilmişdi ki, bu cür evliliklər yalnız müstəsna hallarda - yerli müftinin qərarı ilə, qadın "Qurani Kərimin göstərişlərinə əməl etməyə hazır olduğunu” bildirdiyi, yəni, əvvəlki inancından imtina etdiyi halda mümkün ola bilər.


"Bu cür evliliklərə heç vaxt icazə verilməyib. Onsuz da hər kəs bilir ki, İslamda müsəlman olmayan qadınla nigah yasaq buyrulub, bu mövzuda müzakirə aparmağa, danışmağa ehtiyac yoxdur, çünki sözügedən məsələ ilə bağlı heç bir mübahisə və fikir ayrılığı yoxdur.",- deyə müfti bildirib.

 

Onun sözlərinə görə, bəzi İslam alimləri müəyyən şərtlər daxilində bu qəbildən olan evlilikləri mümkün sayır. O, vurğulayıb ki, adıçəkilən qadağa ailənin mənəvi əsaslarının möhkəmləndirilməsinə, boşanma və fikir ayrılıqlarının sayının azaldılmasına hesablanıb.


"Qadağa ailədə mənəvi harmoniyanın hökm sürməsi, uşaqların tərbiyəsində fikir ayrılıqlarının və mübahisələrin daha az olması və boşanma halında uşaqların əziyyət çəkməməsi üçündür: hər iki həyat yoldaşı İslamın mahiyyətini anlayırsa, bu proses ağrısız keçir",- deyə müfti vurğulayıb.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...