Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
14:25 / 21.05.2020
4643
Prezident İham Əliyev Ə.M.Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin.