Ebru Gündeş azərbaycanlı həyat yoldaşından boşanır: \"Xəyanətə uğradım\"

Ebru Gündeş azərbaycanlı həyat yoldaşından boşanır: \
Məşhur türkiyəli müğənni Ebru Gündeş  11 illik həyat yoldaşı Rza Zərraba boşanma davası açıb.
 
Sfera.az xəbər verir ki, ifaçı Zərrabın xəyanətlərinin buna səbəb olduğunu bildirib. Ebru məhkəmənin gizli keçirilməsini istəyib.  

Məhkəmənin 12 aprel qərarına əsasən, hər iki tərəf  2 həftə ərazində müdafiə və etirazlarla bağlı sənədləri təhvil verməli, o cümlədən cütlüyün övladlarının qəyyumluğu, psixoloji durumları və tərəflərin boşanma səbəbləri ilə bağlı sosial istintaq hesabatını təqdim etməlidirlər.

Gündeş  iddia ərizəsində qızı Alaranın qəyyumluğunu tələb edib. Ərizədə qeyd edilib ki, Zərrabın bir neçə qadınla əlaqəsi olub, hətta Ebru aralarından birini yaxından tanıyır. İfaçının sözlərinə görə, həyat yoldaşının münasibətlərinə həm qızı, həm də qızının dayəsi şahid olub.

Qeyd edək ki, Ebru Gündeş azərbaycanlı iş adamı Rza Zərrabla 2010-cu ildə ailə həyatı qurub. Cütlüyün bir il sonra Alara adında qızları dünyaya gəlib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR