\"E-Təbib” mobil tətbiqi bizə nə verəcək? – Ekspert RƏYLƏRİ

\

"E-Təbib” mobil tətbiqilə insanlar virusla bağlı daha dolğun və operativ məlumatlar alacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun yayılmasını azaltmağa kömək edən, ictimai yerlərdə hərəkət edən insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edən "E-Təbib” mobil tətbiqinin əhəmiyyəti və pandemiya ilə mübarizədə rolu məsələsinə toxunrkən internet media mütəxəssisi Səbuhi Abbasov deyib.

 

Həmsöhbətimiz qeyd etdi ki, sözügedən mobil tətbiq pandemiya təhlükəsinin artması zərurətindən doğub: "Qeyd edim ki, cariilin fevralından etibarən ölkədə elektron alətlərin tətbiqi istiqamətində işlər görülməyə başlanılıb. Ölkədə olan bütün ictimai və siyasi proseslər virtual aləmə daşındı və prosesin sürətlənməsi istiqamətində daha bir neçə addımlar atıldı.Düşünürəm ki, əslində ilk mərhələdən bu istiqamətə əhalini daha çox alışdırmalı idik. Bilirsiniz ki, ilk dövrlərdə ölkəmizdə virusa yoluxma tempi aşağı səviyyədə idi. Lakin təəssüf ki, son bir ayda nəzarət olunmayacaq dərəcədə ciddi problemlər ortaya çıxıb. Bu mənada hesab edirəm ki, "E-Təbib” mobilin tətbiqi də məhz bu zərurətdən doğub”.


Ancaq ekspert "E-Təbib” mobil tətbiqinin güclü effekt verəcəyini zənn etmir: "Artıq virus ölkənin digər regionlarını da əhatə etməyə başlayıb. "E-Təbib”dən isə yəqin ki, daha çox paytaxtda istifadə ediləcək. Əslində bu mobil tətbiqi virus başlayan ilk dövrlərdə yaradılmalı idi. Yaradılandan sonra da ilk 15 gündə ciddi təbliğat və təlimatlandırma prosesinə başlanmalıdı ki,insanlar onun əhəmiyyətini başa düşsün.Bu mənada fikrimcə, yaxın bir aydasözügedən addım o qədər də populyarolmayacaq. Çünki ölkəmizdə insanlar arasında mobil tətbiqi yükləmək və istifadə etmək vərdişi geniş yayılmayıb. Düşünürəm ki, TƏBİB "E-Təbib” mobil tətbiqini yaradırsa, sadəcə elan verməklə kifayətlənməməli, onun funksionallığını, əhəmiyyətini, insanlara virusla mübarizədə verəcəyi töhfələri geniş auditoriyaya çatdırmalıdırlar. Yəni ilk növbədə sözügedən addımın əhəmiyyəti və vacib olduğuna cəmiyyəti inandırmalıyıq”.


S. Abbasovun fikrincə, mobil tətbiqin özündə mütəmadi olaraq yenilənmə və yüngülləşmələr olmalıdır: "Heç də hər kəsdə güclü göstəricilərə malik smartfonlar yoxdur. Ona görə də rahat və asan olması üçün mobil tətbiqin kodlaşdırılması zamanı yüngül texniki vasitələrdən istifadə olunmalıdır. Elə olmalıdır ki, hamıya əlçatan olsun”.


Səbuhi müəllim düşünür ki, sözügedən mobil tətbiqi fonunda insanlar pandemiya ilə bağı daha çox maariflənəcəklər: "E-Təbib” mobil tətbiqilə insanlar virusla bağlı daha dolğun və operativ məlumatlar alacaq.İkincisi, virusla mübarizənin yollarını öyrənəcəklər. Digər tərəfdən, müəyyən şübhəli məqamlara rast gəldikdə mobil tətbiqilə dərhal məlumat vermək imkanı qazanacaqlar. Daha sonra müəyyən çatışmamazlıq və qaranlıq məqamlardaonun vasitəsilə müraciət etmək imkanlarına da malik olacaqlar”.


 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mobil tətbiqi faydalı resurs hesab edir: "Bu mobil tətbiqlə bağlı ilkin olaraq müxtəlif rəylər olsa da , fikrimcə faydalı bir resursdur. Yəni , bu app həm koronavirusla bağlı məlumatlandırmanı və statistikanı yaymağı həyata keçirir, həm də location və bluetooth vasitəsilə müəyyən istifadəçi haqqında dataları toplayıb koronavirusdan qorunmaq üçün imkanlar təklif edir. İstifadəçi haqqında məlumatların toplanması, onun izlənməsi , fərdi məlumatlarının əldə edilməsi haqqında Müqavilə təklif olunyr. Müqaviləni imzalamaqla siz özünüz haqqında məlumatların toplanmasına razılıq vermiş olursuz. Əlbəttə hanslısa fərdi məlumatların sızması ilə bağlı risklər burada mövcuddur. Amma nəzərə almaq lazımdır ki, çoxsaylı istifadəçilərin bu app-də qeydiyyatı nəticəsində toplanan data koronavirusun qarşısının alınmasında mühüm rol oynayır. Bir sıra xarici ölkələr bu tip resurslardan effektiv istifadə etməklə koronavirusun genişlənməsinin qarşısını ala biliblər. Hələlik E-tabib tətbiqində bu tip beynəlxalq resursların təklif etdiyindən daha az imkanlar gözə çarpır. Xüsusən də istifadəçiyə faydalı xəbərdarlıqlar çatışmır ( virus təhlükəsinin olduğu məkanlar , xəstələrin keçdiyi trayektoriya və s.). Güman ki müntəzəm olaraq update nəzərdə tutulub".

 

 

"Yaxşı olar ki, ayrı-ayrı həkimlər də ümumi mənzərəni bilmək üçün müalicə və nəzarət etdiyi xəstələri həmin portalda qeydiyyatdan keçirsin”

Bunu isə sayta açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla söyləyib: "Hər halda bu məsələ ilə bağlı qaynar nöqtə olmalıdır ki,insanlar hər hansı bir çətinlik anında ora müraciət edə bilsin. COVİD-19 testləri, şikayətlərlə bağlı heç də hamını qeydiyyatdan keçirmək, hamıya yardım göstərmək mümkün olmur, bəziləri evdə müalicə alır. Sadəcə olaraq, onların da müalicəsinə həkim nəzarət etməlidir. Yaxşı olar ki, ayrı-ayrı həkimlər də ümumi mənzərəni bilmək üçün müalicə və nəzarət etdiyi xəstələri həmin portalda qeydiyyatdan keçirsin”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...