DYP xaricə səfər edən sürücülərə müraciət edib

DYP xaricə səfər edən sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xaricə səfər edən sürücülərə müraciət edib.

DYP-dən Trend-ə verilən məlumata görə, beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri, eləcə də şəxsi nəqliyyat vasitələrində xarici ölkələrə səfər etməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşlarını məlumatlandırmaq məqsədilə bildirir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb sayt vasitəsi ilə daha ətraflı məlumat ala bilərlər.

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...