No Image
No Image

DYP texniki baxışla bağlı müraciət etdi

DYP texniki baxışla bağlı müraciət etdi
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-dən Sfera.az-a daxil olan məlumatda deyilir.

"Texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər: paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş Dövlət Yol Polisi İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsini bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar”.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda peyvəndlənmə prosesi belə aparılır - FOTOLAR

Bu gün Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovak" vaksininin vurulmasına start verilib. Sfera.az-ın məlumatına görə, ilkin olaraq ölkədə tibb ...

Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək

20 Yanvar günü Bakı-Sumqayıt qatarının işləmə qrafiki bəlli olub. Azərbaycan Dəmir Yolları QSC-dən Sfera.az-a verilən məlumata görə, 20 Yanvar qeyri-iş gü...

Şəhidlər Xiyabanında son tamamlama işləri görülür - FOTOLAR

20 Yanvar faciəsinin 31-ci ildönümünə sayılı günlər qalıb. Sfera.az-ın məlumatına görə, hazırda Şəhidlər Xiyabanında bununla bağlı hazırlıq prosesi aparıl...

"Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var..." - İlham Əliyev məmurlara səsləndi

"Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə ed...

İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının t...

Rusiya Navalnı ilə nə edəcəyini bilmir? – Qərbin artan təzyiqi və sankisya xəbərdarlıqları

Beləliklə, Rusiya müxalifətinin lideri Aleksey Navalnı vəd etdiyi kimi, yanvarın 17-də Rusiyaya döndü və Şeremetyevo hava limanında saxlanıldı. Əslində burada g...