DYP sözçüsü: “Bakı maşınları rayonlara gedib qayıda biləcək” - MÜSAHİBƏ

DYP sözçüsü: “Bakı maşınları rayonlara gedib qayıda biləcək” - MÜSAHİBƏ
 

Koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Report”un suallarını cavablandırıb. BDYPİ sözçüsü ilə müsahibəni təqdim edirik:

- Kamran müəllim, martın 19-dan martın 29-dək Bakı şəhərində qeydiyyatda olan avtomobillər şəhərdən sərbəst olaraq çıxıb, daha sonra geri qayıda bilərmi?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan maşınların giriş-çıxışına icazə veriləcək.

- Bəs Bakı qeydiyyatında olan avtomobillər respublikanın hər hansı bir rayonuna gedib qayıda bilərmi?

- Əlbəttə, gedib qayıda biləcək.

- Belə başa düşülür ki, Bakı qeydiyyatında olan avtomobili idarə edən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər də rayona gedib qayıda biləcəklər...

- Xeyr! Məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan edilir.

- Kamran müəllim, bəs şəxsi avtomobillərində sərnişin aparıb-gətirənlər necə tənzimlənəcək?

- Həmin avtomobil sürücülərinin Bakıya gətirdiyi şəxslər postlarda yoxlanılacaqlar. Paytaxt qeydiyyatında olanlar şəhərə buraxılacaq. Qeydiyyatda olmayan sərnişinlər isə Bakıya buraxılmayacaqlar.

- Elə şəxslər var ki, rayon qeydiyyatındadı, lakin hazırda Bakıda işləyirlər. Yaxud da paytaxtda müvəqqəti qeydiyyatda olan məcburi köçkünlər həmin müddətdə rayona gedib gələ biləcəklərmi?

- Əgər həmin şəxslər rayon qeydiyyatındadırlarsa, onda onların Bakıda qalması məsləhətdir. Nə ehtiyac var gedib-gəlməyə? Karantin elan edilibsə, ciddi rejimdirsə, bunu başa düşmək lazımdır. Çünki virusun yoluxma ehtimalı çoxalır. Gərək insanlarımız da bunu başa düşsünlər. Bu qərar insanlarımız üçündür. 



OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...