DYP əməkdaşından qeyri-adi “cərimə”: Ayıq sürücü ilə evə gələn sürücü … – Fotolar

DYP əməkdaşından qeyri-adi “cərimə”: Ayıq sürücü ilə evə gələn sürücü … – Fotolar

16 dekabr 2018-ci il, 23:00 radələrində”99 MM 255” dövlət nişanlı "Kia Optima” avtomobili Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən Xarı Bülbül restoranının qarşısından Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ənvər Əlixanov 65 ünvanına "ayıq sürücü” xidmətindən istifadə edərək gəlib. Ev ünvanına çatdıqdan sonra "99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür (Heç bir sənəd təqdim etməyib.) adlı şəxs avtomobilini mənzilin həyətində saxlayaraq avtomobilin ayıq sürücü tərəfindən deyil, avtomobilin sahibi tərəfindən idarə edildiyini iddia edərək, avtomobili cərimə meydançasına aparıb. Həmçinin, Bəkir Çobanzadə küçəsindən ev ünvanına qədər "99 YP 525” nömrəli DYP avtomobili tərəfindən "99 MM 255” dövlət nişanlı avtomobil izlənilib. Daha sonra DYP əməkdaşı Şükür adlı şəxs "99 MM 255” dövlət nişanlı avtomobil sürücüsü F.Nəsirova Respublika DYP-sində 14 nömrəli otaqda Xeyrulla müəllimə yaxınlaşmasını təklif edib. Sürücü F.Nəsirov Xeyrulla müəllimin qəbulunda olarkən, ona deyilib ki, sürücülük vəsiqəsi geri qaytarılmır, yaranmış məsələ aydınlaşdırılıb, xəbər veriləcək. Heç bir protokol təqdim olunmayıb. Cərimə meydançasına aparılan avtomobil isə yaranmış qeyri-adi "cərimə” izah olunandan sonra hadisədən bir gün keçməmiş sahibinə təhvil verilib.

"99 MM 255” dövlət nişanlı avtomobilin sürücüsü F.Nəsirova deyilib ki, Respublika DYP-si onunla bağlı məhkəməyə şikayət edəcək. Hansı səbəblə belə bir iddianın veriləcəyi ilə bağlı heç bir sənəd təqdim olunmayıb. Yaranmış qeyri-adi "cərimə” öz həllini tapmayıb. Yəni, sürücünün sənədi geri qaytarılmayıb. Ortada heç bir məhkəmə üçün iddia sənədi yoxdur. Məsələnin həlli istiqamətində heç bir addım atılmır.

Yaranmış qeyri-adi "cərimə” üçün ayıq sürücünün hərəkət istiqaməti, həqiqətən də "99 MM 255” dövlət nişanlı avtomobili idarə etməsi faktlarını fotolarla təqdim edirik.İslahat.az




OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...