DYP-dən sürücülərə XƏBƏRDARLIQ – Bu şəxslərin hərkətinə məhdudiyyət qoyulacaq

DYP-dən sürücülərə XƏBƏRDARLIQ – Bu şəxslərin hərkətinə məhdudiyyət qoyulacaq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı məlumat yayıb. 

BDYPİ-dən Sfera.az-a daxil olan məlumatda sürücülərin bu vəziyyətdən sui-istifadə etdiyi qeyd olunub. 

Bildirilib ki, ölkə ərazisində COVID-19-a görə həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılsa da, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar. 
 
Həftə içi bir gün ərzində, əsasən "Mercedes-Benz Vito” və "Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1500-dən çox belə daşıma həyata keçirilib.  
 
Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını bildirib. 

Həmçinin, karantin rejimi qaydalarını pozan sərnişinlər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq olunacaq.

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...