Dövlət şirkətinin direktoru İtaliyada saxlanıldı

Dövlət şirkətinin direktoru İtaliyada saxlanıldı
Rusiyanın "Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb. 

Sfera.az report-a istinadən xəbər verir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.

Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. A.Korşunov bu vəzifədə 2009-2017-ci illərə işləyib.

Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını "məsuliyyətsiz rəqabət” adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.

A.Korşunov 57 yaşındadır. Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.

"Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir. 

OXŞAR XƏBƏRLƏR