Dövlət qurumları bu maşınları satır - 1000 manata

Dövlət qurumları bu maşınları satır - 1000 manata
Bir neçə dövlət qurumu balansında olan avtomobilləri Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi hərraca təqdim edib.

Komitə 10 sentyabr tarixində növbəti avtomobil hərracı keçirəcək. Hərraca bu dəfə ümumilikdə 20 avtomobil təqdim edilib.

Auksiona avtomobil təqdim edən qurumlar Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət və Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi auksiona iki, Penitensiar Xidmət altı, Dövlət Gömrük Komitəsi səkkiz, Ədliyyə Nazirliyi üç, Əmlak Məsələləri Dövlət Komitəsi özü isə cəmi bir avtomobil təqdim edib.

Hərraca ən yüksək qiymətə avtomobili Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona çıxardığı "Nissan Maksima" avtomobili üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır.

Hərraca təqdim edilən avtomobillərin əksəriyyətinin qiyməti 1000-1500 manat arasında dəyişir.

Bundan başqa, hərracda 6300 manata 2007-ci ilin, 5400 manata isə 2004-cü ilin "Nissan Maksima" avtomobili də var.

 

axar.az

OXŞAR XƏBƏRLƏR

"BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir"

 Pandemiya dövründə ictimai nəqliyyatda əsas yük avtobus sənişindaşımasının üzərinə düşür. Belə ki, metropolitenin bağlanması ilə sərnişinlərin əksəriyyəti...

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit

  Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etd...

İyulun 13-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 13.07.2020-ci il ta...

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

 Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobu...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

  "Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əs...

“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat

  "Dünya enerji bazarlarındakı durğunluq və qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini hamımız hiss edirik. Yeni növ koron...