Dövlət Komitəsindən 17 yaşlı qızın itkin düşməsi ilə bağlı açıqlama

Dövlət Komitəsindən 17 yaşlı qızın itkin düşməsi ilə bağlı açıqlama
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda 17 yaşlı Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə "report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb: "Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

OXŞAR XƏBƏRLƏR

Polad Həşimov küçəsi ilə bağlı açıqlama: “Bu, səhv məlumatdır...”

  "Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.   Sfera.az&nbs...

İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı

  Prezident İlham Əliyev tanınmış ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov vəfatı ilə bağlı nekroloq imzalayıb.&nb...

Fəttah Heydərov dəfn edildi - FOTOLAR

  Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. Sfera...

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

  Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun hara...

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

  Azərbycan Respublikasının Prezidenti İlham Əliyev Qurban Bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. Sfera.az-ın məlumatına görə, paylaşımda de...

Azərbaycanda bayram namazı qılınıb

  Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb... Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.   Sfera.a...