“Düzdür, başqa söhbətlər də danışırlar...” – Şou əhli koronavirus peyvəndi vurduracaqmı? – SORĞU

“Düzdür, başqa söhbətlər də danışırlar...” – Şou əhli koronavirus peyvəndi vurduracaqmı? – SORĞU

Qərb ölkələrində COVID-19-a qarşı vaksinləşmə prosesinə start verilib. İlk addımı ABŞ və Böyük Britaniya atıb. Azərbaycanda isə 2021-ci il yanvarın əvvəlindən etibarən vaksinlərin vurulmasına başlanılacaq.


Maraqlıdır şou-biznes nümayəndələri bu barədə nə düşünür? Onlar koronavirus peyvəndi vurduracaqmı?


Mövzu ilə bağlı Sfera.az-a danışan Xalq artisti Mübariz Tağıyev koronavirus peyvəndinin vurulmasını vacib hesab edir:


"Əlbəttə, vaksin vurduracam. Bununla bağlı pis nəsə fikirləşmək olmaz. Düzdür, bəzi fikirlər var ki, vurdurmayın, əks təsirləri ola bilər və s. Ancaq hesab edirəm ki, bu yalnış düşüncədir. Hər kəs bilir ki, bu peyvəndlər qəpik quruşa satılmır. Bəlli bir qiymətə başa gəlir. Dövlətimiz də buna böyük məbləğdə pul xərcləyib, alıb gətirirsə, deməli böyük yoxlanışlardan keçir. Niyə də vurdurmayaq ki?”.


Xalq artisti, muğam ustası Mənsum İbrahimov da vaksinləşmə tərəfdarlarındandır:



"Düşünürəm ki, bu hər kəsin sağlamlığı üçün atılmış ən gözəl addımlardan biridir. Son günlər yoluxanların sayının azalması bizləri də çox sevindirir. Deməli, bununla bağlı ölkədə lazımı addımlar atılır ki, nəticə də müsbətə doğru dəyişir. Əgər inkişaf etmiş dünya ölkələrindəpeyvəndlər tətbiq edilirsə və xeyri də varsa, bizlərə də yararlanmaq düşür. Hesab edirəm ki, bu bizim ölkədə də uğurla həyata keçiriləcək”.


Xalq artisti, aktrisa Məleykə Əsədova peyvəndi ilk olaraq üzərində sınamaq istəyənlərdəndir:


 

 

"Ölkəmizə vaksin gələn kimi vurduracam. Hər kəs bilir ki, mən qaydalara necə əməl edirəm. Çalışıram ki, bu virusdan özümü də, qızımı da qoruyum. Ona görə də günümün əksər saatını evdə keçirirəm. Əminliklə deyə bilərəm ki, məndə peyvənd vurduracam”.


Müğənni Mətanət Əsədova isə düşünür ki, qərar necə olacaqsa ona uyğun da davranmaq lazımdır:



"Dövlətin qayda-qanunundan kənara çıxmaq olmaz. Əgər vaksinlər hamı üçün zəruridirsə, mən niyə vurdurmayım ki? Hələ ki bir söz deyə bilmərəm. Necə qərar veriləcəksə, mən də elə edəcəm ”.

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...