Düşmənin Bərdəyə atdığı raket böyük çuxur əmələ gətirib

Düşmənin Bərdəyə atdığı raket böyük çuxur əmələ gətirib
Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alıb, sakinləri raketlərlə atəşə tutub.

Oktyabrın 8-i günorta saatlarında Bərdə rayonunun Qasımbəyli kəndinin əkin sahəsinə düşmən tərəfindən "Toçka-U” taktiki raket kompleksindən atəş açılıb. Partlayan mərmi nəticəsində böyük bir çuxur əmələ gəlib. Çuxurun dərinliyi 5 m-dən çoxdur. Yaxınlıqda olan evlərə ziyan dəyib.

Qasımbəyli kənd sakini Valeh Nəzərov "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı ailəsi ilə birgə evdə olub: "Səs gələn kimi həyətə çıxdıq. Əkin sahəsi tərəfdən tüstü qalxdı. Top mərmisi nəticəsində böyük bir çuxur əmələ gəlib".

O vurğulayıb ki, düşmən tərəfindən atılan raketlərə baxmayaraq, kənddə ab-hava yaxşıdır: "Biz Azərbaycan Ordusuna inanırıq. İşğal olunmuş torpaqlarımız tezliklə düşməndən azad ediləcək. Yaşasın Azərbaycan Ordusu".

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata əsasən, saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...