Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman - FOTO

Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman - FOTO
Qırx dörd günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Məcid Məmmədovdur. Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənə qan udduran igidimiz həlak olana qədər neçə-neçə şəhidimizin qısasını alıb. Məcid yoldaşları kimi, döyüşlərdə düşmənin bir addım da irəliləməsinə, göz açmasına imkan verməyib.
Sfera.az bildirir ki, Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.

Ötən il həqiqi hərbi xidmətə yollanan Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.

Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin anası Dürdanə Quliyeva deyir ki, bu, onsuz keçirdiyi ilk ad günüdür: "18 il balama xoş arzularla tort kəsdirmişəm. Bu gün isə yox. Bu il balam 19 yaşını cənnətdə qeyd edib".

Şəhidimizin qardaşı Emilin sözlərinə görə, Məcid ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başlayanda çox sevinib: "Dedi axır ki, torpaqlarımızı azad edəcəyik. Ərazilərimiz daha düşmən tapdağında qalmayacaq.

O, müharibə başa çatan kimi tikmək, ailə qurmaq arzusunda idi. Gözaltısı da vardı. Təəssüf ki, arzusuna çatmadı.

Mən qardaşımla qürur duyuram. Çünki o, ən ağır döyüşlərdə iştirak edib, Vətəni qoruyub. Torpaqlarımızın azadlığa qovuşmasında yaxından iştirak edib”.

Qeyd edək ki, Məcid Məmmədov "Vətən uğrunda və "Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...