No Image
No Image

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb
 Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Bu barədə Sfera.az-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

"Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”

OXŞAR XƏBƏRLƏR

Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. ...

Həbs edilən başçının kadrları eyni gündə öldü

Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib. Sfera.az  xəbər verir ki, bu ili...

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü ox...

"Fransa həmsədrlik missiyasının bütün prinsiplərini pozur”

Bir qrup ermənipərəst senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” ad...

Laçını tərk edən ermənilər oranı belə talan edirlər - FOTOLAR

Ermənilər Kəlbəcər rayonunu tərk edərkən etdikləri biabırçı əməlləri eynilə Laçında da təkrarlayırlar. Sfera.az xəbər verir ki, Laçın rayonunu tərk etməyə...

2021-ci ildə vəziyyət dəyişəcək: Manatın məzənnəsi...

2020-ci ildə pandemiyanın yaratdığı arzuedilməz vəziyyət bütün iqtisadiyyatların, o cümlədən Azərbaycan iqtisadiyyatının xarici valyuta gəlirlərinin azalmasın...