Düşmən Qubadlını atəşə tutur - RƏSMİ
18:55 / 02.11.2020
3852
Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.