Düşmən ordumuzun cəbhədəki uğurlarını etiraf etdi

Düşmən ordumuzun cəbhədəki uğurlarını etiraf etdi
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın "prezidenti” kimi təqdim edən Araik Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf edib.

Sfera.az  xəbər verir ki, Arutyunyan bu barədə yaydığı videomüraciətdə açıqlama verib.

"Bəzi bölgələrdə düşmən cəbhə xəttinə girə və daha dərinə doğru hərəkət etməyə müvəffəq olub" , - deyə o qeyd edib.

Çarəsiz qaldığını açıq göstərən Arutyunyan xaricdə yaşayan erməni diasporası nümayəndələrini də Qarabağda döyüşlərə qoşulmağa çağırıb: "Eyni zamanda Ermənistandakı qardaşlarımızı çağırıram: Həlledici an gəldi, vətəni qorumaq üçün vaxt gəldi. Dəstəyiniz çox vacibdir, sizin burada fiziki varlığınızı və ölkənin müdafiəsində iştirakınızı gözləyirik".

Qeyd edək ki, Ermənistanda vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir. Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.

OXŞAR XƏBƏRLƏR

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...