Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - FOTO

Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - FOTO
 

Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımız və hərbi qulluqçularımızı qətlə yetirən Ermənistana qarşı əks hücuma keçən Azərbaycan ordusu qarşısında aciz duruma düşən düşmən təxribatlara ara vermir.

Sosial şəbəkələrdə Azərbaycan adları altında saxta profillər açaraq dezinformasiyalar yayan ermənilər, azərbaycanlılar arasında təşviş, qorxu yaratmaq məqsədilə yalan məlumatlar tirajlamaq üçün növbəti platforma seçiblər. Düşmən bu dəfə azərbaycanlılara məxsus mail.ru poçt ünvanlarına azərbaycanlı adı ilə saxta ünvanlardan "Birabırçı vəziyyətdir, ermənilər hücuma keçiblər. Çox şəhidimiz və əsirimiz var. Orduda təşvişdir, tərəfimiz yalan məlumatlar yayır. Yazıq uşaqlar..." bu tip dezinformasiyalar yaymağa başlayıblar. Lakin bu o demək deyil ki, düşmənin bu tip dezinformasiyaları yalnız mail.ru vasitəsi ilə həyata keçiriləcək. 

Eyni anda onlarla azərbaycanlılara məxsus aktiv poçt adreslərini tag edərək paylaşmaları bunun düşmənin növbəti təxribatı olduğunu təsdiq edir. Ələlxüsus da tag edilən poçt ünvanların eyni hərflə başlayan şəxslərdən ibarət olması düşmənin bu saxta məlumatı daha sürətli və xeyli sayda insana çatdırmaq məqsədi daşıdığı ortaya çıxır. Ehtimal edilir ki, düşmən artıq bu istiqamətdə də bütün cəhdlərini sınaqdan keçirməyə başlayıb. 
Soydaşlarımızı, vətəndaşlarımızı bu tip mesajlara, dezinformasoiyalara inanmamağa çağırırıq!
(milli.az)

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...