Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR
Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir.

Sfera.az bildirir ki, qida məhsulu kimi istehlak edilən əsas yağlar günəbaxan, qarğıdalı və zeytun yağlarıdır. 

Rəsmi məlumatlar göstərir ki, 2020-ci ilin iyunundan 2021-ci ilin iyununa kimi günəbaxan və qarğıdalı yağlarının qiymətində təxminən 1 manat, zeytun yağlarının qiymətində 30 qəpik artım var. 

Günəbaxan yağının litrinin qiyməti bir il əvvəl orta hesabla 2,9 manat idi. Hazırkı qiymətlər 4 manatdır. 

Qarğıdalı yağı bir il əvvəl orta hesabla 4,31 manata satıldığı halda indi 5,31 manata təklif edilir. 

Zeytun yağı ötən ilin iyunun 1-də orta hesabla 12,9 manata satılırdı. Hazırkı qiymət isə 13,2 manatdır. 

Müqayisə göstərir ki, daha böyük artım günəbaxan və qarğıdalı yağlarının qiymətində qeydə alınıb. Bu məhsulların bahalaşmasının əsas səbəbi dünyada eyni növ məhsulların bahalaşmasıdır. Azərbaycan həm birbaşa satış üçün, həm də təkrar istehsal məqsədilə istifadə etdiyi məhsulun böyük hissəsini idxal etdiyindən qlobal əmtəə qiymətlərindəki dəyişiklik ölkəmizdəki pərakəndə qiymətlərə də təsir göstərib. 

Vasif
Sfera.az
 
 


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...