Dünyanın sonu gələndə xilas üçün hansı ərazilərə sığınmalı? - Alimlər yekdilliklə bu 5 ölkənin adını çəkdi
16:28 / 13.11.2021
4388
Alimlər planetimizin
ehtimal edilən qlobal çöküşü zamanı sığınmaq üçün ən təhlükəsiz ölkələri müəyyən
ediblər.
Sfera.az
xəbər verir ki, bu ölkələrə Yeni
Zelandiya, İslandiya, Böyük Britaniya və İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti
daxildir.
Tədqiqatçılar
mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan, enerjiyə əsaslanan qlobal
iqtisadiyyatın ətraf mühitə vurduğu ziyana görə bəşər sivilizasiyasının "təhlükəli
vəziyyətdə” olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, ağır maliyyə
böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, COVID-19-dan daha
pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.
Belə bir
çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələr öz əhalisi üçün ərzaq
yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri
və bəzi istehsal imkanları əsasında sıralanıb.
İngiltərədəki
Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutunun professoru. Dr.
Aled Jones: "Yeni Zelandiyanın siyahımızda olması bizi təəccübləndirmir. Belə qənaətə
gəldik ki, sərhədlərin asanlıqla mühafizə oluna bildiyi və iqlimi mülayim olan ərazilər
ən təhlükəsiz ərazilərdir. Beləliklə, əsas adaların siyahının başında olduğu
aydın görünür” deyə, qeyd edib.
Professor
fikirlərinə belə davam edib: "Böyük
Britaniyanın mümkün fəlakətə qarşı güclü olması bizi çox təəccübləndirdi. Ölkədə əhali sıx şəkildə yaşayır və ərzaq ənənəvi olaraq xaricdən istehlak olunur. Hazırda bu ölkə öz qida tələbatının
yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı
var”.
Tədqiqat
müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv
olması, məhdud resurslar və əhalinin artması səbəbindən böyük təhlükə
altındadır.
Əzizə
Zeynal