Dünyanın sonu gələndə xilas üçün hansı ərazilərə sığınmalı? - Alimlər yekdilliklə bu 5 ölkənin adını çəkdi

Dünyanın sonu gələndə xilas üçün hansı ərazilərə sığınmalı? - Alimlər yekdilliklə bu 5 ölkənin adını çəkdi
Alimlər planetimizin ehtimal edilən qlobal çöküşü zamanı sığınmaq üçün ən təhlükəsiz ölkələri müəyyən ediblər.

Sfera.az xəbər verir ki, bu  ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya və İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir.

Tədqiqatçılar mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan, enerjiyə əsaslanan qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu ziyana görə bəşər sivilizasiyasının "təhlükəli vəziyyətdə” olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, COVID-19-dan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.
 
Belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələr öz əhalisi üçün ərzaq yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanları əsasında sıralanıb.
 
"Sustainability” jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq satın aldıqları bildirilir.
İngiltərədəki Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutunun professoru. Dr. Aled Jones: "Yeni Zelandiyanın siyahımızda olması bizi təəccübləndirmir. Belə qənaətə gəldik ki, sərhədlərin asanlıqla mühafizə oluna bildiyi və iqlimi mülayim olan ərazilər ən təhlükəsiz ərazilərdir. Beləliklə, əsas adaların siyahının başında olduğu aydın görünür” deyə, qeyd edib.

Professor fikirlərinə belə davam edib: "Böyük Britaniyanın mümkün fəlakətə qarşı güclü olması bizi çox təəccübləndirdi. Ölkədə əhali sıx şəkildə yaşayır və ərzaq ənənəvi olaraq xaricdən istehlak olunur. Hazırda bu ölkə öz qida tələbatının yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı var”.
 
Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artması səbəbindən böyük təhlükə altındadır.
 
Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi KEÇİRİLİR

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...