Dünyanın ilk milyarder reperi məlum oldu

Dünyanın ilk milyarder reperi məlum oldu

Jay-Z ilk milyarder reper olub

Bilge.az"Forbes"ə istinadən xəbər verir ki, amerikalı reper Jay-Z dünyanın ilk milyarder reperi olub.

Eskpertlər reperin 1996-cı ildə çıxan ilk albomundan bəri gəlirlərini hesablayıblar və məlum olub ki, onun əsas qazancı musiqidən gəlmir.

Jay-Z-nin ən böyük gəliri "Armand de Brignac Champagne" şampan brendindəki hissəsindən gələn 310 milyon dollardır. Daha 22 milyon dollar ona müxtəlif şirkətlərə yatırdığı investisiyalardan gəlir. Sənətkarın konyak brendi "D'Ussé" və "Tidal" striminq servisindəki hissəsi ona 100 milyon dollar qazandırır. Bundan başqa, reperin musiqi kataloqu və 70 milyon dəyərində qiymətləndirilən sənət məmulatları kolleksiyası var.

Qeyd edək ki, Jay-Z müğənni Beyonsla evlidir.


OXŞAR XƏBƏRLƏR