Dünyanın ən zəngin avtomobil biznesmenlərinin adları açıqlandı

Dünyanın ən zəngin avtomobil biznesmenlərinin adları açıqlandı

"Bloomberg" agentliyi avtomobil istehsalçıları və dillerlərinin səhmlərinə malik dünyanın ən zəngin insanlarının reytinq siyahısını hazırlayıb.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, siyahının birinci pilləsində "Microsoft"un təsisçisi Bill Qeyts qərarlaşıb. Belə ki, onun "AutoNation" avtodillerinin səhm paketinin dəyəri 914,55 mln dollar və ya 105 mlrd dollarlıq şəxsi sərvətinin 0,9 faizini təşkil edir.

Reytinqdə ikinci mövqe "Tesla Inc" səhmlərinin ikinci ən böyük sahibi, "Oracle"ın təsisçisi Larri Ellisona məxsusdur. O, 730,77 mln - 1 mlrd dollarlıq səhm paketinə malikdir ki, bu da Ellisonun 58,5 milyard dollarlıq varidatının 1,3%-i deməkdir.

Siyahıda üçüncü yerin sahibi "Tesla"nın baş direktoru İlon Maskdır. Onun səhmlərinin dəyəri 8,3 milyard dollara müvafiqdir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9%-i).

Dördüncü pillədə inşaat maqnatı Pallonci Mistrinin adı çəkilir. O, hind avtomobil istehsalı şirkəti "Tata Motors Ltd"nin 302,7 milyon dollarlıq səhmlərinə (19,7 mlrd dollarlıq sərvətinin 1,5%-i) malikdir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...