Dünyanın ən yaxşı hakimləri bəlli oldu - SİYAHI

Dünyanın ən yaxşı hakimləri bəlli oldu - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) geridə qalan 2015-ci ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı referi Nikola Ritsoli səsvermədə 80 xalla hamını qabaqlayıb.

Bununla da, o, ardıcıl ikinci dəfə dünyanın ən yaxşısı seçilib. İngiltərəli Martin Atkinson 72 xalla ikinci, türkiyəli referi Cüneyt Çakır isə 71 xalla üçüncü olub.

2015-ci ilin ən yaxşı 10 hakiminin siyahısı belədir:


1. Nikola Ritsoli (İtaliya) 80 xal

2. Martin Atkinson (İngiltərə) 72 xal

3. Cüneyt Çakır (Türkiyə) 71 xal

4. Feliks Brix (Almaniya) 59 xal

5. Byorn Kupers (Hollandiya) 35 xal

6. Mark Klattenburq (İngiltərə) 24 xal

7. Vilmar Roldan (Kolumbiya) 21 xal

8. Conas Erikson (İsveç) 14 xal

9. Karlos Velasko Karbalyo (İspaniya) 11 xal

10. Ben Uilyams (Avstraliya) 6 xal

OXŞAR XƏBƏRLƏR